Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad edilərək, yeni vəzifəyə təyinat alıb.
Müstəqil.Az “Dənizçilərə Sosial Dəstək “ İB-yə istinadən xəbər verir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.
O, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.
Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.
Faktı Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.
Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.
Müstəqil.Az