Suraxanıda konfrans keçirildi — Fotolar

Suraxanıda konfrans keçirildi — Fotolar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ulu öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri rayonun hüquq-mühafizə orqanlarının rəhbrərləri, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ulu öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib.

Ə.Əzizov bildirib ki, ulu öndərin uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən videoçarxın nümayişindən sonra YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olsun. Heydər Əliyev də tarixdə məhz belə bir şəxsiyyət kimi həkk olunub. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, “Əlil qadınlar” Cəmiyyətinin rayon şöbəsinin sədri Rəsmiyyə Səfərova, 114 saylı tam orta məktəbin tarix müəllimi Rza Eyvazlı, RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid atası Əlixan Əliyev çıxış edərək Ulu Öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.


Share: