Azərbaycan millisinin baş məşqçisi: “Portuqaliyanı yenmək üçün əlimizdən gələni edəcəyik”

Azərbaycan millisinin baş məşqçisi: “Portuqaliyanı yenmək üçün əlimizdən gələni edəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Portuqaliyanı yenmək üçün əlimizdən gələni edəcəyik”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 final oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis Portuqaliyanın güclü komanda olduğunu bildirib: “Onları təhlil etmişik. Əvvəlki oyunlarına da baxmışıq, sürətli hücumları var”.

Baş məşqçi qrup mərhələsindən sonra fasiləsiz növbəti matça çıxmalarına da toxunub: “Bütün komandalar üçün şərtlər eynidir”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Milli qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Share: