Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri, general Rəhim Səfəvi Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr arasında hücum etməmək haqqında paktın bağlanmasını təklif edib.
Səfəvi qeyd edib ki, İran ŞƏT ölkələrində təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi üçün birgə çalışmağı təklif edir və təşkilatın üzvləri arasında hücum etməmək haqqında sazişin bağlanması bunun başlanğıcı ola bilər.
Xatırladaq ki, ŞƏT-ə 9 ölkə – Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan daxildir.
Mənbə: smotrim.ru