Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Amerikalı müğənni Britni Spirsin uşaqlığının keçdiyi ev satışa çıxarılıb.
Britni Spirsin müəllifi olduğu “İçimdəki qadın” adlı xatirə kitabı işıq üzü gördükdən bir həftə sonra ev 1,2 milyon dollara satışa qoyulub.
Hazırkı sahibləri evi 2021-ci ildə Spirsin atasından 275 min dollara, yəni təxminən beş dəfə ucuz qiymətə alıblar və indi bu satışdan ciddi gəlir əldə etməyi düşünürlər. Bu isə pop ulduzun orada böyüdüyü dövrü əks etdirən atmosferin və ab-havanın qorunub saxlanılması sayəsindədir.
Kiçik rançonun sahəsi təxminən 200 kvadratmetr təşkil edir və evdə üç yataq otağı, bir neçə vanna otağı var. Elanda evin üstünlüyü kimi onun yaşıl zolaqlı divar kağızına, 1970-ci illərin üslubunda olan taxta panellərə, qranit masaüstülərə və odun kaminə malik olması göstərilib.
Evin divarlarında hələ də Britninin uşaqlıq rəsmləri asılıb, onun yataq otağında solğun üzlü gəlincikləri görmək olar, evin arxa həyətində isə onun itinin məzarı qalıb.
Satış agentinin İvonna Halsinin sözlərinə görə, hazırkı sahiblər bütün bunlara dəyər verəcək birini tapmaq istəyirlər.
Qeyd edək ki, Britni Spirsin “İçimdəki qadın” adlı xatirə kitabı oktyabrın 24-də işıq üzü görüb. Müğənninin xatirələri ilə dolu olan bu kitabın son dərəcə dürüst və səmimi şəkildə qələmə alındığı bildirilir.
Mənbə: “New York Post”