Rusiyada İosif Stalinin bağ evi hərraca çıxarılıb

Rusiyada İosif Stalinin bağ evi hərraca çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 1930-cu illərin əvvəllərində İosif Stalinin bağ evinin yerləşdiyi Mıtişi yaxınlığındakı Lipki-Alekseyevskoye malikanəsi 403,4 milyon rubl (təxminən 7,3 milyon manat) başlanğıc qiyməti ilə hərraca çıxarılıb.

Xatırladaq ki, lota 38,4 hektar torpaq sahəsinin icarəsi və ümumi sahəsi 3,8 min kvadratmetr olan daşınmaz əmlakın satışı daxildir. Alqı-satqı müqaviləsi layihəsindən məlum olduğu kimi, vahid daşınmaz əmlak kompleksinə 2144,6 kvadratmetr sahəsi olan əmlakın əsas ev, 711,7 kvadratmetr sahəsi olan inzibati korpusun binası, 686 kvadratmetr sahəsi olan hovuz binası və 243,7 kvadratmetr sahəsi olan bomba sığınacağı daxildir.

Qeyd edək ki, 1932-1934-cü illərdə İosif Stalin orada daimi yaşayıb.

Mənbə: Interfax

Share: