Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin estrada ulduzu Demet Akalın verdiyi açıqlama ilə gündəm olub. Belə ki, o, ölkədə iqtisadi böhrana diqqət çəkərkən artıq alış-verişini azaltdığını bildirib.
“Artıq bu saatı taxmağa utanıram, dostum. And olsun Allaha, utanıram”, – deyə o, bildirib.
Bahalı brendlərin geyimlərinə xərclədiyi pullar və üslubu ilə tez-tez gündəmdə olan Demet Akalın alış-verişə maraqlanan adam olduğunu dilə gətirib.
“Keçən dəfə İtaliyaya gedəndə iki çamadanla qayıtmışdım. Artıq belə bir dövr deyil”, – deyə o, əlavə edib.
O, qızı Hiraya 10 min lirəyə (təxminən 600 manat) aldığı və cəmiyyətdə böyük səsküyə səbə olan oyuncaqdan da danışdı. Onun sözlərinə görə oyuncağın əsl qiyməti 25 min lirə (1500 manat) imiş.
“Satıcı mənə 10 min lirəyə verəcəyini dedi. Hiraya onu aldım, bununla belə iki ay heç nə ala bilmirəm. Zaman o vaxtki deyil” – deyə, Demet aparıcısı olduğu proqramda vurğulayıb.
Mənbə: Habergazete.com