Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Nizami rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Qara Qarayev metrostansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Aytən İbadət qızı Kərimova yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.