Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mordoviyada evdə yanğın zamanı dörd uşaq ölüb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin “Telegram” kanalında məlumat verilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) yanğın zamanı azyaşlı uşaqların ölümünə səbəb olan hadisə əsasında cinayət işi açılıb”, – deyə məlumatda deyilir.
İstintaqın məlumatına görə, noyabrın 3-də Kovılkinoda ev yanıb. Bu zaman otaqda dörd uşaq olub. İlkin məlumata görə, uşaqların anası çöldəki təsərrüfatda işləyib.
Hadisə yerində müstəntiqlər və məhkəmə-tibb ekspertləri işləyir, yanğının baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.
Mənbə: TASS