Prokurorluq Xaçmazdakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Xaçmazdakı qətllə bağlı məlumat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 3-də Xaçmaz rayonu ərazisində 1966-cı il təvəllüdlü Rasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Faiq Əliyevin Xaçmaz şəhəri ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarət yetirərək Rasim Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluğun qərarı əsasında Faiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Share: