“Peşə təhsili sistemini formalaşdırmalıyıq ki, Azərbaycan iqtisadiyyatına gənclik daxil olsun”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Asim Mollazadə parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Deputat qeyd edib ki, ixtisaslar prioritet sahələrə uyğunlaşdırılmalıdır: “Universitetlərdə ən çox yer beynəlxalq münasibətlər fakültəsinə verilir. Bizim bu qədər diplomata ehtiyacımız var? Azərbaycanın mühəndislərə ehtiyacı var. Buna görə peşə təhsili sistemi formalaşdırılmalıdır”.
Zaur Mirzə