Bu gün Ankarada Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşün təfərrüatları açıqlanıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, görüş zamanı Qəzza başda olmaqla, regional məsələlər və iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
“Diplomatik mənbənin məlumatına görə, Hakan Fidan Blinkenə İsrailin Qəzzada mülki şəxsləri hədəf almasının və insanları köçməyə vadar etməsinin qarşısının alınmasının, eləcə də təcili atəşkəsin elan edilməsinin zəruri olduğunu vurğulayıb. Həmçinin görüş zamanı Türkiyə və ABŞ-nin Qəzzada mülki şəxslərin zərər görməməsi, humanitar yardımların davamlı və fasiləsiz çatdırılmasının təmin edilməsi məsələsində həmfikir olduqları bildirilib”, – deyə məlumatda qeyd olunub.