Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çirkli pulların yuyulması istintaqı çərçivəsində həbs edilən Dilan və Engin Polat cütlüyü, həmçinin ətrafı həbsxanaya sövq ediliblər.
Dəbdəbəli həyatı, brend tutqusi, səsləndirdiyi mahnılar, xərclədiyi pullarla məşhur olan və gündəmdən düşməyən Dilan Polatın həbsxanada nə qədər pul xərcləyə biləcəyi məlum olub.
“Bəzən bir alış-veriş mərkəzində gündə 750 min lirə xərcləyirəm”, – deyən Polatın həbsxanada xərcləyəcəyi məbləğ indikindən xeyli az olması ilə diqqət çəkib.
Belə ki, məlumatlara görə, Dilan Polat həbsdə olduğu müddətdə ayda 1500 Türkiyə lirəsi xərcləyə biləcək.
Həmçinin “Oğluma kim baxacaq?” deyərək ağlayan fenomenin həbsxanada olarkən övladları ilə xüsusi tətbiq vasitəsilə ünsiyyət qura biləcəyi də bildirilib.
Engin Polat və Dilan Polat isə həbsdə bir-birlərini heç görməyəcəklər.
Həmçinin türkiyəli hüquqşünas Burak Evci Dilan Polat və Engin Polat barəsindəki ittihamlar təsdiqlənərsə, minimum 30 ilə qədər həbs cəzasının nəzərdə tutulduğunu bildirib.
“Əgər cütlüyün cinayətləri sübut olunarsa, onları minimum 30 ilə qədər həbs cəzası gözləyir. “Bundan başqa, cinayətlər bir dəfədən çox törədildikdə, yəni zəncirvari cinayət müddəaları tətbiq edilərsə və törətdikləri digər cinayətlərin üstü açılarsa, bu cəza dəfələrlə artacaq”, – deyə o qeyd edib.
Mənbə: Haber Global