Masallı sakini tüfənglə özünə xəsarət yetirib

Masallı sakini tüfənglə özünə xəsarət yetirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Əli Ağabala oğlu Muradovun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Xəbərə görə, həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Share: