Qüdrət Həsənquliyevə soruşuram, nə qədər deputat öz deputat maaşı ilə yaşayır?

Bir neçə gün qabaq Millət Vəkili Qüdrət Həsənquliyev parlamentdəki çıxışında deputatların maaşının 8.000 AZN olmasının vacibliyindən bəhs etmişdi.

Deputatın bu istəyi ictimaiyyət tərəfindən bir mənalı qarşılançmışdı.  Sosial şəbəkələrdə Millət Vəkilini seçicilərinin dolanışığının aşağa səviyyədə olmasından, əhalinin səfalət içərisində yaşamasından bəhs edərək Qüdrət bəyi qınamışdılar. Xatırladaq ki, Müstəqil.az saytı bu məsələ ilə bağlı sorğu keçirmiş, ölkənin tanınan qələm adamlarının, jurnaklistlərinin fikrinə yer ayırmışdı. Qüdrət bəyin deputatlar üçün  8.000 AZN civarında maaş istəməsinə haqq qazandırmayanlar yetərincədir.

Elə ölkənin tanınmı suimalarından olan, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alıoğlu Məleykə və tanınmış yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru, İstanbuldakı Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlu da sorğumuza münasibət bildirib:

Alıoğlu Məleykə:Hər bir millətin varlığı onun ordusunun gücü ilə tənzimlənir

“Çox önəmli məsələdir. Böyük Atatürk müəllimi millətin xilaskarı hesab edirdi. Aristotel də yazırdı ki, valideyinlərim məni göydən yerə endirdilər, müəllimlərim ise yerdən göyə qaldırdılar. Bu müdrik kəlamların mahiyyətinə dərindən varmış olsaq, müəllimin toplum həyatında yerini daha düzgün dəyərləndirmiş oluruq. Hər bir millətin varlığı onun ordusunun gücü ilə tənzimlənir. Və bir də ruh məsələsi. “Sağlam bədəndə saglam ruh olar” deyib atalarımız.

Sağlam meyarlara əsaslanan millət heç vaxt məhv ola bilməz. Sadaladığımız bu üç sahə – müəllim, hərbçi və səhiyyə işçisi millətin varlığında çox mühüm rol oynayırlar. Ona görə də, ilk növbədə bu sahələrə xüsusi diqqət ayrılmalıdır.

Aygün Həsənoğlu: …millət vəkili öz qardaşının ölümünə görə…

Mənim də sualım var, Qüdrət Həsənquliyev və başqa deputatlara: nə qədər deputat öz deputat maaşı ilə yaşayır? Bəli, deputat qanun hazırlayır, amma bu qanunlar cəmiyyətə nə dərəcədə tətbiq olunur, dövlət və xalq bu qanunlardan necə faydalanır? Ümumiyyətlə, Qüdrət Həsənquliyev millət vəkili olandan sonra məclisə nə qədər qanunlar hazırlayıb verib, bilmirəm. Amma onun şahidiyəm ki, aktyorlar sabahdan axşama qədər ayaq üstündə özlərini mədəniyyətimizə fəda edirlər. Öz həyat və duyğularını tamaşaçıların duyğularına qurban verirlər, səhnədə ağlayırlar, gülürlər, xəstə hallarında da səhnəyə çıxırlar. Yazıçılar, alimlər gözlərinin nurunu töküb əsərlər yazırlar, araşdırmalar aparırlar. Aldıqları maaş dərmanlarına çatmır. Xadimələr hər gün səhər tezdən qalxıb axşama qədər hər kəsin ayaqlarının altını təmizləyirlər. Müəllimə gəlincə, valideyinlər evdə 2-3 uşaqla yola gedə bilmir, amma müəllim sinifdə eyni vaxtda görün neçə uşaqla məşğul olur və onların hər birinə cavabdehdir. Ən nadinc uşağa da əl qaldıra bilməz. Amma çox adam bilir ki, bir millət vəkili öz qardaşının ölümünə görə qatil cəzasını alsa da, bu qətldə neçə nəfər günahsız insanı da həbsə atdırmışdı. Bəziləri elə bilirlər ki, xalq unudur, amma xalq heç nəyi unutmur. Ölkədə ən yüksək maaşı müəllimlər almalıdır. Sonra, hərbiçilər, qanun və hüquq keçikçiləri və həkimlər, sonra isə digərləri almalıdır. Millət vəkillərinə hər şeyi dövlət verir; ev, maşın, kabinet və digər güzəştlər. Müəllimə nə güzəşt verilir? Mən millət vəkillərinin millətin vəkili olduqlarını görmürəm. Məsələn, mənim millət vəkilim mənə heç bir dəstək verməyib. Yanlış anlaşılmasın, gedib pul-zad istəməmişəm. Dövlət maraqlarını əks etdirən layihələr vermişəm. Müraciət etdiyim heç bir millət vəkili layihələrimə dəstək verməyib. Aldıqları maaşın mənim payıma düşən qədərini onlara haram edirəm.

Ötgün

Share: