Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4% artaraq 1 milyard 18 milyon 300 min manat olub.
Bu barədə APA-a Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Qeyd edək ki, hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19% artaraq 588,8 milyon manat olub.