Azərbaycanda tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması qaydası “ASAN”laşıb

Azərbaycanda tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması qaydası “ASAN”laşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın bəzi regionlarda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması səlahiyətləri “ASAN Xidmət” mərkəzlərinə verilib.

Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda göstərilib.

Yeni qaydalara görə, “ASAN Xidmət” Mərkəzləri bu səlahiyyətləri ancaq “ASAN Kommunal” mərkəzləri olmayan regionlarda icra edəcək.

Share: