Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycanın mədəni irsi ilə bağlı çəkilən “Sarı gəlinin sorağında” sənədli filminin təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, film Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib.
“Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətt prodüseri İsmayıl Qasımovdur.
Qeyd edək ki, film ingilis və erməni dillərində də yayımlanacaq.