Uşaqlarda xoruldama problemi və onun həlli

Uşaqlarda xoruldama problemi və onun həlli

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı otorinolarinqoloq Vladimir Zaytsev uşaqlarda xoruldama hallarından danışıb.

“Uşaqlarda xoruldama adətən adenoidlərdən qaynaqlanır, iltihab nəticəsində iki-üç dəfə böyüyür”, – deyə həkim bildirilib.

Onun sözlərinə görə, bu problemi adenoidləri müalicə etməklə həll etmək olar: “Adenoidlərin böyüməsi nəticəsində burun-udlaq tıxanır və uşaq daim xoruldayır. İltihab azaldıqca adenoidlər kiçiləcək və uşaq özünü daha yaxşı hiss edəcək”.

“Əgər adenoidlər vaxtında müalicə olunmasa və üçüncü dərəcəyə keçsə, onları çıxarmaq lazım olacaq”, – Zaytsev qeyd edib.

Mütəxəssis tövsiyə edir ki, xoruldayan nəinki uşaqlar, həmçinin böyüklər də vaxtında həkimə müraciət etməli, müalicə olunmalıdırlar.

Mənbə: vm.ru

Share: