Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyanın Hamburq şəhərində iki silahlı cinayətkar məktəbin sinif otağında barrikada qurublar. Onların həmin məktəbin şagirdləri olduğu üzə çıxıb.
Məlumata görə, şagirdlər bir müəllimi hədələyiblər. Onlardan birinin silahlı olduğunu bildirilir.
Hadisə yerinə xüsusi təyinatlılar gəlib. Məktəb binası təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Digər şagirdlər təhlükəsiz yerə keçirilib.
Qeyd edək ki, cinayətkarların motivləri barədə hələlik heç nə məlum deyil.
Mənbə: BILD.dy