Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan xalqı Vətən müharibəsində Zəfərinin üçüncü ildönümünü qeyd edir. 8 noyabr tariximizə qızıl hərflərlə yazılıb. Əsgər və zabitlərimizin qanı, canı bahasına 44 gün 23 saat ərzində 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Qələbəmizə gedən yol isə bu şanlı gündən xeyli əvvəl başlayıb.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə bildirilib.
Təqdim olunan materialda son nəticədə 44 günlük müharibədə qələbəyə gətirib çıxaran əsas məqamlar və strateji qərarlar əks etdirilərək Azərbaycanın hərbi gücünün transformasiyasına işıq salınıb.