Restoranlarda təklif edilən yeməklər boyat olur?

Restoranlarda təklif edilən yeməklər boyat olur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toylarda bəzi qidalar var ki, hətta fərqli günlərdəki bir neçə məclisdə təklif olunur.

Xezerxeber.az-ın məlumatına görə, axşamdan qalan qidalar növbəti gün keçirilən toy məclisində təzəymiş kimi süfrəyə qoyulur.

Bəzi vətəndaşlar restoranlarda verilən yeməklərin keyfiyyətsiz olduğunu iddia ediblər.

Qida eksperti Məhsəti Hüseynova mövzu ilə bağlı bildirib ki, bəzi qidalar hətta bir neçə toyda təklif olunur:

“Bununla yanaşı, bişirilən yeməklərin keyfiyyəti də bir çox hallarda sual altında olur. Yemək ucuz başa gəlsin deyə ona əlavə qatqılar qatılır”.

Eskpert onu da qeyd edib ki, kütləvi məclislərdə salat yemək ümumiyyətlə tövsiyyə edilmir.

Məhsəti Hüseynovanın sözlərinə görə, insanların kütləvi olduğu məclisləri aidiyyəti qurumlar yoxlamalıdır:

“Bununla yanaşı, müəssisənin özünün keyfiyyətə və saxlanma şəraitinə nəzarət edə biləcək şöbəsi olmalıdır. Əks halda zəhərlənmə halları baş verə bilər”.

Ətraflı süjetdə:

Share: