Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qətərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbərləri yerli hakimiyyət orqanları ilə HƏMAS tərəfindən saxlanılan 10-20 girovun azad edilməsi şərtlərini müzakirə ediblər.
Bu barədə “Financial Times” müzakirələrlə tanış olan rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, İsrail məhbusları azad etmək üçün üç günlük humanitar fasilə elan edə bilər. O, həmçinin qeyd edib ki, Amerika və İsrail kəşfiyyat xidmətləri arasında son günlər bu məsələ ilə bağlı danışıqlar “uğurla davam edir”.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, onun ölkəsi girovlar azad edilmədən Qəzzada atəşkəsə razı olmayacaq. Daha sonra HƏMAS-ın 100 ABŞ vətəndaşına anklavı tərk etməyə icazə verdiyi bildirilib.