ÇIRAQ
İndimi yaşamaq üçün
Çiraq etdim
Geçmişimi gələcəyimə
Bir haldaki yerlidaşlarım
Gələcəyi geçmişə quylamışdılar
Və gələcək yaxşılarındır deyərək
İndini pisliklərdə boğmuşlar
Mən isə
Heç yaşamadım ki
Hey şeir yazdım
Həp yalqızlığımı paylaşdım yəni
Şeir yazanda
Sözcük dalısıca qaçmadım ki
Sənin dalınca qaçdım ey azadlıq
Şeirim çatsa da sənə
Əlim çatmadı
İnsanlıq yolunun ağzında
Gözlədim səni
Sən isə gəlmədin
Sözcüklər gəldilər
Vay
Tün bə tün düşənlər
Dolamışlar
Gələ biləcəyin hər yolu
Bir boyuna
Kimisinə kravat olmuş
Mənə isə dar kəndiri
Hər bayaq
Şairi
Şəhərin azadlıq adlı meydanında tutuqladılar
Ah ey azadlıq
Bəlkə ildik vurdular sənə tün bə tün düşənlər
Çünki yerlidaşlarım addımlayacağını
İşıq məzarlığına çevirmişlər
Əlimdən bir iş gəlməyir
Çünki yalqızam
Yalqızam çünki
Başlanğıcın da
Yolun da
Sonun da
Mən olduğunu bilməkdəyəm
Əlimdəki tək bu bir çiraqla
Sənin yoluvu işıqlandıra bilsə idim
Hər sözcük bir insan olardı
Yaşamaqsa
Şeir kimi zamansız
_____________________
VARAQLA MƏNİ
Dağınığam
kitabxanada
Yerə tökülmüş kitablar kimi
Qarışığam
Düyünlənmiş trafik kimi
yanmışam
Rəmzi unudulmuş bir kart bankı tək
Yorğunam əsgərliyinin son günlərini yaşayan sərbaz kimi
Yalqızam oxunmamış bir kitab kimi
Bu nə hay-küydür, tanrım
Beynimde siqnallar
Beynimdə ajir
Dilimdə çəkil o yana
Çəkilməyənin…
Ölüm yaşamağı başıma börk qoymuş
Göylərə bulud- bulud xətt çəkirəm.
Ömrümün hər bir gününü
Yağış mı yağır?
Yoxsa ağlayıram mı?
Nəfəslərimi saysam da
Qurtuluş üçün qəfəslərdən
Hesab kitabımda karıxmışam, vaxsey
Təqvim ağzını açıb udur biləmi
Ayrılıq zəlzələ olsa da
Yox, ağlamayıram
Yaşam gözlərimdən daşır.
Sən unudulmaz sırrımsan
Kəlmələr rejə geçir bilinc altımda
Baxıram
Gözlərin qədər anlamlı
Və gözlərim qədər anlamsızam
Mən
bu gerçək dünyadan çox şeir dünyasında yaşamaqdayam
Məni varaqla sevgilim
Məni öp
oxu
Oxu
Öp məni
Sən şeirimsən
Xosrov Barışan
Təbriz
Müstəqil.az