Məşhur iş adamı intihar etdi

İstanbulda “Gensa Proje Sənayesi” adlı şirkətinin İdarə Heyətinin başçısı Necla Köker yaşadığı evdə intihar edib.

Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, iş adamının siyanür adlı kimyəvi maddə içərək intihar etdiyi bildirilir.

Sevgilisinə məktub göndərərək siyanürlə intihar etdiyini bildirən Köker evə girəcək şəxslərdən diqqətli olmalarını istəyib. Onun Prezident Müşahidə Şurasının keçmiş üzvü olan Nejla Kökerin qızı olduğu deyilir.

Polisin etdiyi araşdırma nəticəsində Necla Kökerin 2015-ci ildə anası öldükdən sonra depressiyaya girdiyi, tiroid xəstəliyi ilə əlaqədar psixikasının pozulduğu məlum olub. O, evdə tək yaşayırdı.

Kimya mühəndisi olduğu üçün siyanur maddəsini asanlıqla əldə etdiyi bildirilir.

Share: