Bakıda artıq çəkili şəxs çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1929-cu il təvəllüdlü, artıq bədən çəkili bir nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gedərək vətəndaşa müvafiq kömək göstərib.
Əməliyyat başa çatıb