Argentina millisi və “İnter Mayami”nin hücumçusu Lionel Messi ilin idmançısı seçilib.
xəbər verir ki, bu barədə Amerikanın “Time” jurnalı futbolçunu ilin idmançısı elan edib.
Qeyd edək ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d’Or mükafatını qazanıb.
Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanıb.
Eyni zamanda, “İnter Mayami”nin heyətində Messi Amerika klubu ilə ilk kubokunu – Liqa Kubokunu qazanb.
Bu yay Messi Devid Bekxemə məxsus “İnter Mayami” klubuna keçib.
14 matçda argentinalı 11 qol vurub.
Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisinin tərkibində ilk dəfə dünya kubokunu qazanıb.