ABŞ Ukraynaya 175 milyon dollar dəyərində yeni silah paketi ayırıb.
xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken bildirib.
Paketə HIMARS yaylım atəşli reaktiv sistemləri, AGM-88 HARM antiradar raketləri, artilleriya mərmiləri, zirehlideşici mərmilər, atıcı silah sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı döyüş sursatları, mühüm infrastrukturun mühafizəsi üçün avadanlıqlar daxildir.