Nepal polisi Ukraynada döyüşmək üçün muzdlu toplayan 10 Rusiya vətəndaşını saxlayıb.
“Figaro”ya istinadla xəbər verir ki, onlar muzdluları işsiz gənclər arasından seçiblər. Seçilən hər şəxsə 9000 dollar və turist vizası verilərək BƏƏ vasitəsi ilə Rusiyaya göndərilib.
Nepal polisi bu addımı insan ticarəti hesab edir.
İndiyədək Ukrayna müharibəsində Rusiya tərəfində döyüşən 6 nepallı ölüb. Rəsmi katmandu Moskvadan onların ailələri üçün təzminat tələb edir.