Bakı ərazisindəki binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub

Bakı ərazisindəki binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub

Bakı ərazisindəki binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub

Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub.

-nın xəbərinə görə, qərara əsasən (Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər) paytaxt ərazisindəki binaların qorunması, onların təhlükəsiz şəkildə istismarının təmin olunması, fasad reklamlarının estetik cəhətdən paytaxtın ümumi görünüşünə uyğunlaşdırılması, o cümlədən tarixi binaların və memarlıq abidələrinin xüsusiyyətləri, texniki parametrləri və memarlıq-estetik görünüşü ilə ahəngdarlıq təşkil etməyən reklamların yayımlanmasının qarşısının alınması, bu sahədə infrastrukturun düzgün planlanması və yenilənməsi məqsədi ilə hazırlanmışdır.

Bundan əlavə, Bakı şəhərində tarixi və əhalinin sıx məskunlaşdığı binaların, yerli, ölkə və dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin, eləcə də müasir tikililərin çoxluğu, sözügedən bina və tikililərdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin kifayət qədər olması paytaxt ərazisindəki binalarda yerləşdirilən reklam qurğuları ilə bağlı xüsusi formada tənzimləmənin tətbiqini zəruri edir.

Bakı şəhərində mövcud olan binaların fasadlarında, habelə vitrin üzərində quraşdırılan reklam qurğularına (reklamlara), kronşteyn və asma panel, eləcə də digər reklam qurğularına dair tələbləri və onların quraşdırılması ilə bağlı müddəaları müəyyən edir. Qərarda həmçinin, müvafiq normaların təcrübədə tətbiqini asanlaşdıracaq eskizlər (şəklillər) də əlavə olunmuşdur.

Qərar hazırlanarkən, bir sıra ölkələrin təcrübəsi öyrənilib.

Share: