Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.
Overçukun administrasiyasından -nın Moskva müxbirinə verilən məlumata görə, baş nazirin müavinləri Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçiriblər.
Hökumətlərarası komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edərək, ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artdığı vurğulanıb.
Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.