Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlər 2024-cü il yanvarın 15-dək ayrılacaq.
-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılmasını dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə 23 gün qalanadək təmin etməlidirlər.
Prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 15-dək olan dövrü əhatə edir.