Şərqi Avropa ölkələri qrupu COP29-a ev sahibliyi etmək üçün Azərbaycanı seçib

Şərqi Avropa ölkələri qrupu COP29-a ev sahibliyi etmək üçün Azərbaycanı seçib

Şərqi Avropa ölkələri qrupu COP29-a ev sahibliyi etmək üçün Azərbaycanı seçib

Şərqi Avropa ölkələri qrupu gələn il keçiriləcək BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etmək üçün Azərbaycanı seçib.

“climatechangenews.com”saytına istinadən xəbər verir ki bu barədə COP28-də qərarın qəbul olunduğu zalda olan iki mənbə məlumat verib.

“Reuters” xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, gələn il COP29 iqlim sammitinə Bakının ev sahibliyi etməsi ilə bağlı ümumi konsensus var.

“Mən Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı ümumi konsensusun olduğunu elan etməkdən məmnunam”, o, Dubayda keçirilən COP28 sammitində deyib.

Qeyd edək ki, gələn il keçiriləcək samitə ev sahibliyi edən ölkə Şərqi Avropa regionunda olmalıdır. Ermənistan Azərbaycanın xeyrinə namizədliyini geri çəkərək Bakının ev sahibliyinə dəstəyini ifadə edib. Rusiyanın heç bir Aİ ölkəsinin ev sahibliyini dəstəkləməyəcəyini bəyan etdiyi üçün Bolqarıstan da namizədliyini geri götürüb və Bakıya dəstəyini ifadə edib.

Share: