Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 94.818 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Bu barədə “-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14% çoxdur.