COP29-la bağlı çox ciddi proqram hazırlanıb

COP29-la bağlı çox ciddi proqram hazırlanıb

COP29-la bağlı çox ciddi proqram hazırlanıb

Azərbaycanın üzərinə çox böyük məsuliyyət düşür. Çox maraqlı və məsuliyyətli bir proses olacaq.

-nın BƏƏ-yə ezam olunan əməkdaşı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, artıq COP29-un hazırlıq işlərinə başlanılıb: “Cənab Prezidentin tapşırığı ilə biz ilin əvvəlində komandanı yaratdıq. Burada müxtəlif təşkilatların üzvləri işləyir. O komanda ciddi bir proqram hazırlayıb. Çox mürəkkəb və rəqabətli proses idi. Nəhayət, Azərbaycan bu uğuru əldə edə bildi. Çox böyük bir iş bizi gözləyir. İnanırıq ki, bütün ölkəmiz və vətəndaşlarımız çalışacaq ki, bu məsələdə öz mövqeyini, öz birliyini, öz köməyini bu prosesə göstərsin”.

Share: