Bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -nın sorğusuna cavab olaraq bildirib ki, sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
***
Saat 19:34
Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.
-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü Allahverdizadə Şakir Həsənxan oğlu sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Onun Ümid adlı 9-cu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.