BMT Baş Assambleyası 21 ərəb ölkəsi tərəfindən hazırlanmış Qəzza zolağında humanitar məqsədlər üçün atəşkəsə çağıran qətnamə layihəsini dəstəkləyib.
xarici KİV-ə istinadla xəbər verir ki, BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.
Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.
Eyni zamanda, BMT Baş Assambleyası qətnaməyə Avstriya və ABŞ-ın təklif etdiyi düzəlişləri qəbul etməyib.