Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Senatının üzvləri ilə görüşdə onları Ukraynada ciddi korrupsiyanın olmadığına və bununla bağlı xəbərlərin Kiyevə yardım göstərilməsinə mane olmayacağına inandırmağa çalışıb.
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Cənubi Dakotadan olan respublikaçı senator Mayk Roundsun sözlərinə görə, Zelenski senatorları Amerikanın vəsaitlərinin mənimsənilməyəcəyinə inandırmağa çalışıb. Senator, Ukrayna liderinin Kiyevin yardım şəklində almaq istədiyi dəqiq məbləği açıqlamayıb. Lakin bildirib ki, Ukrayna tez bir zamanda daha çox hava hücumundan müdafiə sistemi almalıdır.