İsrail hökuməti Misirdən humanitar yardım aparan yük maşınlarının Misir sərhədindəki “Rəfah” keçid məntəqəsinə qayıtmaq əvəzinə Qəzza zolağındakı “Kerem-Şalom” keçid məntəqəsindən istifadə etmələrinə müvəqqəti icazə verib.
TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Bu yolla Qəzza zolağına yalnız Misirdən humanitar yardım çatdırılacaq”, – məlumatda deyilir.