İsrail əsgərləri Qəzzada səhvən üç girovu öldürüb

İsrail əsgərləri Qəzzada səhvən üç girovu öldürüb

İsrail əsgərləri Qəzzada səhvən üç girovu öldürüb

Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri səhvən üç girovu güllələyib.

-nın “Life”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

“Şecayada (Qəzza zolağında məhəllə) döyüş zamanı İsrail hərbçiləri səhvən üç israilli girovun təhlükə olduğunu müəyyən edib. Nəticədə əsgərlər atəş açıb, onları öldürüb”, – məlumatda deyilir.

Mətbuat xidməti vurğulayıb ki, baş verənlərə görə bütün məsuliyyəti İsrail ordusu öz üzərinə götürüb. Ölənlərin cəsədləri ekspertiza üçün İsrail ərazisinə aparılıb və bu, həmin şəxslərin oktyabrın 7-də HAMAS tərəfindən qaçırılan girovlar olduğunu təsdiqləyib.

Share: