Respublika üzrə bu il ərzində 13891, o cümlədən Bakı şəhərində 4462, işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi qeydə alınıb.
xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmallədin Heydərov FHN-in yaranmasının 18-ci ildönümü münasibətilə təntənəli iclasda deyib.
O bildirib ki, yanğınlardan 15 yanğın yüksək saylı çağırışla söndürülüb:
“Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 16 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 762 nəfər təhlükəsiz əraziyə təxliyə edilib”.