MDB hökumət başçıları Moskvada şokolad fabrikini ziyarət ediblər.
-nın Rusiya bürosu xəbər verir ki, hökumət başçıları məşhur “Krasniy oktyabr-Rot Front” fabrikinə gələrək MDB ölkələrindən olan uşaqlarla görüşüblər.
Qeyd edək ki, Moskvada 16-18 dekabr tarixlərində MDB ölkələri hökümət başçıları Şurasının iclası keçirilir. İclasda iştirak etmək üçün Azərbaycan baş naziri Əli Əsədov bu gün Rusiya paytaxtına işgüzar səfər edib.
Dekabrın 18-də isə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində (VDNX) MDB hökümət başçılarının əsas iclası keçiriləcək.
Qırğızıstan Respublikasının sədrliyi ilə keçiriləcək iclasda Birlik çərçivəsində mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı bildirilib.