Ankara F-16 qırıcılarının alınması ilə bağlı Vaşinqtonla danışıqları başa çatdırıb.
CNN Türk-ə istiandla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, hökumət ABŞ-la dördüncü nəsil F-16 Block 70 qırıcılarının alınması ilə bağlı danışıqları yekunlaşdırıb.
Ankaranın 40 təyyarə almaq niyyətində olduğu bildirilir. Telekanalın xəbərinə görə, Vaşinqton türkiyəyə mövcud təyyarələrinin modernləşdirilməsində də yardım göstərə bilər.