Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən -ya bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.
Nəticədə BMW markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
***
00.30
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
xəbər verir ki, hadisə Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
BMW markalı avtomobillə “Toyota” markalı avtomobilin toqquşması nəticəsində BMW-də olan İlqar Mirzə oğlu Sadıqov ölüb. 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.