Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbədən bildirilib.
Qeyd olunub ki, telefon danışığı qarşı tərəfin xahişi ilə baş tutub.
Tərəflər regional və qlobal məsələləri, ABŞ-Türkiyə münasibətlərini müzakirə ediblər:
“Telefon danışığında münasibətlərdə müttəfiqlik ruhuna uyğun hərəkət etməyin vacibliyi vurğulanıb. İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunan mövzular arasında olub. Bundan əlavə, İsrail-Fələstin gərginliyi də müzakirə edilib. Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkən xarici işlər naziri Fidan hücumları dayandırmaq üçün ABŞ-ni İsrailə təsirindən istifadə etməyə çağırıb. Baş diplomatlar bildirib ki, atəşkəsdən sonra İsrailin iki dövlətli həllə əsaslanan ədalətli və daimi sülhün üçün danışıqlara cəlb olunmalıdır”.