İtaliya polisi İŞİD terror təşkilatına aparılan 50 milyon avroluq “Döyüşçü həbi”ni ələ keçirib.
Müstəqil.Az Qaynarinfo.az-a istinad edərək xəbər verir ki, Şimali Afrika ölkəsi Liviyada döyüşən terrorçular üçün göndərilən 24 milyon ədəd dərmanın narkotik özəlliyi var və terrorçuların döyüş qabiliyyətini artırmaq üçün nəzərdə tutulub. Hindistandan göndərilən həblər Kalabriya bölgəsində təşkil edilən əməliyyat nəticəsində ələ keçirilib.
Tramadol və s. dərmanlar terrorçuları uzun müddət güclü saxlayır, hətta yaralansalar belə döyüşə davam edə bilirlər.
Qeyd edək ki, italyan polisi may ayında da 37 milyon ədəd bu tipli həb ələ keçirmişdi.
Dərmanların dənəsi 2 avrodan satılır.
Müstəqil.Az