Azərbaycanla Uqanda arasında əlaqələr müzakirə olunub

Azərbaycanla Uqanda arasında əlaqələr müzakirə olunub

Azərbaycanla Uqanda arasında əlaqələr müzakirə olunub

18-19 dekabr tarixlərində xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uqanda Respublikasına səfər edib.

xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, Azərbaycan XİN heyəti Uqanda səfəri çərçivəsində Prezident Yoveri Kaquta Musevini tərəfindən qəbul edilib. Səfər zamanı Azərbaycan və Uqanda Xarici İşlər Nazirlikləri arasında ikitərəfli əsasda və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələr keçirilib.

Tərəflər iki dövlət arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və onun daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində 2024-cü ilin yanvar ayının ortalarında Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu zirvə görüşünə hazırlıq və orada sədrliyin Azərbaycandan Uqandaya təhvil verilməsi xüsusunda fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına sədrlik təcrübəsini bölüşüb, zirvə görüşünün təşkili və gələcək fəaliyyətlərlə bağlı tövsiyələrini təqdim edib.

Qarşı tərəf, həmçinin Azərbaycan Respublikasını BMT sisteminin ən iri miqyaslı tədbiri olan COP29-a ev sahibi qismində seçilməsi münasibəti ilə təbrik edib, sıx iş birliyinə və əməkdaşlığa ümidvar olduğunu bildirib.

Share: