2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülən işlər müzakirə edilib

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülən işlər müzakirə edilib

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülən işlər müzakirə edilib

2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib.

Bu barədə “-Economics”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda işçi qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sosial-iqtisadi inkişaf Strategiyası üzrə həyata keçirilən tədbirlərin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. İşçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu layihələr üzrə görülmüş işlər diqqətə çatdırılıb.

İclasda işçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə işlərin icrası ilə bağlı qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb. İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Səhiyyə nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Turizm Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatları dinlənilib və işlərin icrası ilə bağlı təkliflər verilib.

İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə görülmüş işlər, eyni zamanda gələcək planlar barədə danışıb.

İclasda effektivliyin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

Share: