Sankt-Peterburqda kütləvi tədbirlərdə maska rejiminin tətbiqinə başlanılıb

Sankt-Peterburqda kütləvi tədbirlərdə maska rejiminin tətbiqinə başlanılıb

Sankt-Peterburqda kütləvi tədbirlərdə maska rejiminin tətbiqinə başlanılıb

Sankt-Peterburqda kütləvi Yeni il, idman, mədəniyyət tədbirləri zamanı maska rejiminin tətbiq edilməsinə başlanılıb.

TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə Baş Dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb.

Sənəddə deyilir: “Kütləvi Yeni il, idman, mədəniyyət tədbirlərinin təşkilində və keçirilməsində mülkiyyət formasından asılı olmayaraq, bütün təşkilat və qurumların rəhbərləri işçilərinin fərdi tənəffüs qoruyucu vasitələrin (maskaların) istifadəsini təmin etsin”.

Bundan əlavə, maska rejimi şəhərin tibbi və sosial müəssisələrində fəaliyyət göstərir. Ağır və yataq vəziyyətindəki xəstələrə qulluq edən şəxslər istisna olmaqla, xəstəxanalarda və sosial müəssisələrdə xəstələrin ziyarət edilməsinə qadağa qoyulur.

Şəhərin baş dövlət sanitar həkimi bütün təşkilatlara temperatur rejiminə tam şəkildə riayət etməyi, otaqları mütəmadi olaraq havalandırmağı və dezinfeksiya etməyi və gigiyena məhsullarından istifadə etməyi tövsiyə edib.

Məlumata görə, son dörd həftə ərzində Sankt-Peterburqda qrip halları 87,1 faiz, COVID-19 infeksiyasına yoluxma halları 62,4 faiz, stasionardankənar pnevmoniya halları isə 35,3 faiz artıb.

Share: