Rusiya Prezidenti Vladimir Putinin seçki qərargahı işə başlayıb.
-nın Moskva müxbiri xəbər verir ki, seçki qərarı Qostinı Dvor kompleksində açılıb.
Rusiyanın xalq artisti, aktyor Vladimir Maşkov, həkim Maryana Lısenko və “DXR” parlamentinin spikeri Artyom Joqa Putinin qərargahının həmsədrləri olublar.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən 17-dək üç gün müddətində səs verərək növbəti 6 il müddətinə dövlət başçısını seçəcəklər.